Fon der Leyenin də daxil olduğu partiya Avropa Parlamentinə seçkilərdə qalib gəlibbackend

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin də üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə keçirilən seçkilərdə inamlı qələbə qazanıb. TASS bu barədə Avropa Parlamentinin hazırkı rəhbəri Roberta Metsolaya istinadən xəbər verir.

EPP 720 deputat mandatından 189-unu alacaq və bununla da əvvəlki seçkilərlə müqayisədə mövqeyini yaxşılaşdıracaq. İkinci yeri 135 yerlə sosialistlər tutub. Liberallar 80 yerlə üçüncü yerdə qərarlaşıb.

Yeni Avropa Parlamenti iyunun 11-də işə başlayacaq.

Mənbə: TASS