“Forbes” Rusiyanın ən gəlirsiz 10 korporasiyasını açıqlayıbbackend

2023-cü ilin nəticələrinə əsasən, “Qazprom” Forbes jurnalının ən zərərli Rusiya şirkətlərinin reytinqinə başçılıq edib. Korporasiya siyahıya ilk dəfə və dərhal 583,1 milyard rubl məbləğində rekord itki ilə daxil edilib.

Ekspertlər qeyd edirlər ki, bu cür göstəricilər qeyri-maliyyə aktivlərinin 1,15 trilyon rubl dəyər itirməsi və məzənnə fərqlərindən 652 milyard rubl itki ilə əlaqələndirilir. Bununla yanaşı, 2023-cü ildə holdinqin əməliyyat fəaliyyətindən xalis pul axını 5% artaraq 2,3 trilyon rubla çatıb. Bu ilin yanvar-iyun aylarının nəticələrinə əsasən, Qazprom artıq 1 trilyon rubldan çox mənfəət əldə edib.

Rusiya Federasiyasının ən gəlirsiz müəssisələri arasında ikinci yeri SIBUR Holding və Çinin Sinopec korporasiyasının birgə müəssisəsi – Amur Qaz Kimya Kompleksi tutub. Şirkətin xalis zərəri 71,9 milyard rubl təşkil edib. Kompleksin tikintisi davam edir, sentyabrın əvvəlində onun hazırlığı 55% idi.

İlk üçlüyü 42,7 milyard rubl xalis zərərlə Ozon tamamlayır. Proqnozlara görə, 2024-cü ilin sonuna qədər şirkətin itkiləri yenidən arta bilər.