Ford əvvəllər satdığı Explorer-ləri təmir üçün geri çağıracaq. Bu barədə Reuters xəbər verir. Söhbət 85 min yolsuzluq avtomobilindən gedir.
Qeyd olunur ki, bu avtomobillərdə mühərrik nasazlığı zamanı yanğın mənbəyinə çevrilə biləcək həmin hissələrə mühərrik yağının və yanacağın daxil olması riski var. Problemlər 3,3 litrlik hibrid və benzin mühərrikləri olan 2020-2022 Explorer modelində müəyyən edilib.
Bundan əvvəl məlum olmuşdu ki, Koreyanın Hyundai şirkəti təhlükəsizlik yastıqlarında yaranan problemlərə görə 50 min Santa Fe krossoverini təmir üçün geri çağıracaq. Söhbət ABŞ-da satılan avtomobillərdən gedir.
Mənbə: Reuters