“Ford” markalı avtomobillərdə ciddi qüsur aşkarlanıbbackend

apnews.com xəbər verir ki, Ford ABŞ-da 270 mindən çox elektrik və hibrid avtomobili parkinq sistemindəki problemə görə geri çağırır.

“Ford ABŞ-da 270 mindən çox elektrik və hibrid avtomobili onların hərəkətinə səbəb ola biləcək parkinq sistemindəki problemə görə geri çağırır”, – deyə məlumatda bildirilir.

Geri çağırma bir neçə F-150 Lightning BEV, Mustang Mach-E və Maverick modellərinə aiddir.

Bundan əvvəl Rusiyada 468 Voyah Free krossoverinin geri çağırılacağı bildirilirdi.