Formula 1: Azərbaycan Qran-prisində əsas yarış başa çatdı – FOTObackend

Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatıb.

Oxu.Az xəbər verir ki, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres birinci yeri tutub.

Komanda yoldaşı Maks Verstapenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn pilot yarış bərpa edildikdən sonra qalan üç turda da liderliyini qoruyub və qalib olub. 31 yaşlı pilot mövsümdə ilk qələbəsini qazanıb.

“Aston Martin”dən Sebastyan Fetel ikinci, “AlfaTauri” komandasının üzvü Pyer Qasli isə üçüncü olub.

Qeyd edək ki, 2016-cı ildə Bakıdakı yarışın birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.