Formula 1 ulduzu iki Hollivud aktrisası ilə Yunanıstanda görüntülənibbackend

Məşhur Formula 1 pilotu Lyuis Həmilton Yunanıstanın Mikonos adasına gəlib və orada iki Hollivud aktrisası – Anya Taylor-Coy və Nina Dobrevlə birlikdə görüntülənib. Bu barədə GPFans məlumat yayıb.

Hər üçü yaxtada mehriban şəraitdə vaxt keçiriblər.

Həmilton hazırda Formula 1 pilotlarının ümumi sıralamasında altıncı yeri tutur. Britaniyalı idmançının 109 xalı var. Çempionat cədvəlinə McLaren-i təmsil edən avstraliyalı Oskar Piastri başçılıq edir. Onun aktivində 284 xal var.