“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıbbackend

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

İctimai.az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 51 dövrədən sonra yarışı qalib kimi başa vurub.

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, iki pilot – “Alfa Tauri”dən Nik de Vris və “Alfa Romeo”dan Cou Quanju bolidlərində yaranmış texniki problemlərə görə yarışı erkən dayandırıblar.

“Aston Martin”dən Fernando Alonso dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns beşinci olub. Yeddiqat dünya çempionu, “Mercedes”də çıxış edən Lüis Hemilton isə Qran-prini altıncı sırada bitirib.