“Formula-1” Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi.
Oxu.Az xəbər verir ki, ötən gün sıralama turunda ən yaxşı nəticəni göstərən “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen əsas yarışın da qalibi olub.
Onun ardınca ən tez finişə çatan “Mercedes” komandasının üzvü Corc Rassel və “Williams” komandasının pilotu Karlos Sayns olublar.
Beləliklə, Azərbaycan Qran-prisinə yekun vurulub.