“Formula-1” yarışlarına görə məktəblər gec başlayacaq? – RƏSMİ

BAKU CITY CIRCUIT, AZERBAIJAN - JUNE 06: Charles Leclerc, Ferrari SF21, leads Sir Lewis Hamilton, Mercedes W12 during the Azerbaijan GP at Baku City Circuit on Sunday June 06, 2021 in Baku, Azerbaijan. (Photo by Zak Mauger / Motorsport Images)

“Formula -1” yarışları ilə əlaqədar məktəblərin daha gec – sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır.

Bəs görəsən, bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Yeni tədris ili nə zamandan başlayacaq?

İctimai.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-26-cı tədris ilinin başlamasına təsadüf edən “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı “Formula-1″ Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər