Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edibbackend

Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

İctimai.az xəbər verir ki, nazirlik əhalini Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki:

– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!