Avropa Birliyinin (Aİ) Çinə qarşı yeni sərt yanaşması Parisin Çinin ticarət təcrübələrinin iqtisadiyyatın əsas sektorları üçün kritik təhlükə yarada biləcəyindən qorxduğu bir vaxta təsadüf edir. Bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Mətndə Fransanın hərəkətsizliyin uzunmüddətli perspektivdə Aİ iqtisadiyyatında itkilərə səbəb olacağına inanaraq Pekinə qarşı siyasətin dəyişdirilməsində liderlik etdiyi vurğulanır.
“Çətinlik Avropanın Çinlə illik 900 milyard dollarlıq ticarət əlaqələrini Pekinin Vaşinqtonla etdiyi kimi birbaşa döyüşə çevirmək deyil, dünyanın ən böyük iqtisadi blokları üçün bərabər şərait yaratmaqdır” deyə agentlik həmsöhbəti bildirib.
Mənbə: Bloomberg












