Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı “ən ağır sanksiyaları” tətbiq etməlidir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasına gələrkən Avropa Komissiyasının saytında yayımlanan məlumatda bildirib.
Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin fikrincə, belə bir qərar Rusiya iqtisadiyyatına zərbə vurmağa kömək edə bilər. Nazir həmçinin iddia edir ki, yeni məhdudiyyətlər “Moskvanın hərbi səylərini gücləndirməsinə mane olacaq”.
Barro əlavə edib ki, Birləşmiş Ştatlar oxşar yolla gedə bilər. Departament rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton atəşkəs üçün “çox səy və vaxt sərf etdi”. Bu baxımdan, “hazır” sanksiyalar “Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına oturmağa məcbur edə bilər”, nazir vurğulayıb.