Fransa alpinistlərin xilas edilməsi xərclərini ödəmək üçün bir yol tapdıbackend

Expleresweb xəbər verir ki, Fransa hakimiyyəti alpinistlərin xilasetmə xərclərini qismən və ya tam şəkildə ödəməyi planlaşdırır.

Nəşr qeyd edir ki, dağlarda qəzaların sayı artıb, bu da xilasetmə xidmətlərinə gərginlik yaradıb və axtarış-xilasetmə əməliyyatları üçün ayrılan büdcəni aşıb.

Fransa Auditorlar Məhkəməsinin hesablamalarına görə, helikopter və xüsusi personalın iştirakı ilə aparılan bu cür əməliyyatlar orta hesabla 10.780 avroya başa gəlib ki, bu da 10 il əvvəlkindən iki dəfə çoxdur. 2024-cü ilə qədər Fransa xilasedicilərinin təxminən 10.000 alpinist xilasetmə əməliyyatı aparması gözlənilir.

“Ekspertlər mövcud xilasetmə sisteminin və onunla əlaqəli xərclərin davamlı olmadığı qənaətinə gəliblər”, – deyə nəşr bildirir.