Fransa, Rusiyanın Ukraynada gələcək atəşkəsi pozacağı təqdirdə, Rusiyanın Aİ-dəki dondurulmuş dövlət aktivlərini müsadirə etmək təşəbbüsü ilə çıxış edib.
Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Paris belə bir tədbiri Ukrayna tərəfinin təhlükəsizliyini təmin etmək yolu kimi nəzərdən keçirir. Təklif Fransanın avropalı tərəfdaşlarından müsbət cavab alsa da, hələlik yekun razılıq əldə olunmayıb.
Qeyd olunur ki, Avropa dövlətləri dondurulmuş aktivlərə Moskvaya təzyiq vasitəsi kimi baxır.