Fransa Avropanı Ukraynaya sponsorluğu dayandırmağa çağırdıbackend

Ukrayna Prezidenti Volodymyr Zelenskinin Macarıstan Baş naziri Viktor Orbana təhdidlərindən sonra Avropa Birliyi Ukraynaya maliyyə yardımını dayandırmalıdır.

Bu barədə sosial media platformasında sağçı “Oyan, Fransa” partiyasının rəhbəri Nikolas Düpon-Aynyan yazıb.

Siyasətçi Avropa Komissiyasının Zelenskinin Orbana təhdidlərini “qəbuledilməz” adlandırması xəbərinə münasibət bildirib.

“Ukraynaya 200 milyard avro sərmayə qoyduqdan sonra AB birdən Zelenskini aşkar etdi. Onun Orbana qarşı təhdidlərini pisləmək kifayət deyil. Gəlin bu korrupsiyalaşmış ölkəyə pul verməyi dayandıraq. Gəlin özümüzə gələk və sülh üçün çalışmağa başlayaq”, – deyə o yazıb.