Fransanın Bakıdakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:
“Bu gün sursat partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”.