Fransanın Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair orderi ləğv edib.
Bu barədə “Frans Press” agentliyi xəbər verir.
Məhkəmənin prezidenti Kristof Soulard bildirib ki, heç bir istisnanın dövlət başçısının toxunulmazlığını ləğv edə bilməyəcəyi qərara alınıb.
Eyni zamanda, Soulard qeyd edib ki, Əsədlə bağlı istintaq davam edə bilər, çünki o, artıq prezident deyil və onun həbsi üçün başqa orderlər də verilə bilər.
Fransa Əsəd üçün ilk beynəlxalq həbs orderini 2023-cü ilin noyabrında verib. Daha sonra siyasətçi 2013-cü ildə kimyəvi hücumda iştirakda ittiham olunub. İkinci order 2025-ci ilin yanvarında verilib. Əsəd hərbi cinayətlərdə, yəni 2017-ci ildə Dəranın bombalanmasına görə məsuliyyətdə ittiham olunub.