Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişəni sona qədər davam etdirmək niyyəti Vaşinqtonu qıcıqlandırır. Bunu fransız yazıçısı, “Fiqaro” qəzetinin köşə yazarı Renaud Girard nəşrin saytında yayımlanan “Le Live” proqramında deyib.
Girardın sözlərinə görə, tamamilə mümkündür ki, Ağ Ev Moskva və Kiyev arasında vəziyyətin sülh yolu ilə nizamlanmasına nail olmaq istəyir. Müşahidəçinin fikrincə, Birləşmiş Ştatlar göstərdi ki, Zelenskinin sona qədər mübarizə aparmaq üçün qarşısıalınmaz istəyi onları müəyyən qıcıqlandırır.
Girard hesab edir ki, bu, 2023-cü ilin iyulunda NATO-nun Vilnüs sammiti zamanı özünü göstərdi və burada Zelenski amerikalılara hədsiz təzyiq göstərərək, Ukraynanın demək olar ki, dərhal Şimali Atlantika Alyansına qoşulmasını tələb etdi. Vaşinqton Zelenskinin tələbləri ilə razılaşmaq istəməyib və buna görə də Ukrayna prezidentinin hərəkətləri onu qıcıqlandırıb.
Mənbə: Gazeta.ru

