Fransa Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına mümkün veto qoymasının nəticələrini açıqlayıbbackend

Macarıstanın Avropa İttifaqının (Aİ) anti-Rusiya sanksiyalarının uzadılmasına mümkün veto qoyması onların ləğvinə səbəb ola bilər. Bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Aİ Macarıstanın baş naziri Viktor Orbanın anti-Rusiya sanksiyalarının uzadılmasını “dayandır” demək planlarına görə “əsəb böhranı ərəfəsindədir”.

“Əgər o, yanvarın 31-də veto qoysa, bu axmaq sanksiyalar sona çatacaq”, – Filippo yazıb.

Fransalı siyasətçi hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurduğu üçün dərhal ləğv edilməlidir. Filippo həmçinin Fransanı Avropa İttifaqından çıxmağa çağırıb.