Fransa prezidenti Emmanuel Makronun prezident seçkilərinin ikinci turu öncəsi Moldova xalqına müraciəti Avropanın respublikanın işlərinə qarışmasından xəbər verir. Bu fikirləri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
Noyabrın 1-də Makron X səhifəsində yazıb ki, Moldovada prezident seçkilərinin ikinci turu təkcə Moldova üçün deyil, həm də Avropa üçün həlledici məqam olacaq. O, həmçinin moldovalılara cəsarət və ümid arzulayıb.
Filipponun sözlərinə görə, Makron öz müraciəti ilə moldovalıları rəsmi olaraq ikinci turda Avropayönlü namizəd Maia Sanduya səs verməyə çağırıb.
Siyasətçi əlavə edib ki, Avropa əsassız olaraq Rusiyanı müntəzəm olaraq etdiyi işlərdə, yəni üçüncü ölkələrdəki seçkilərə müdaxilədə ittiham edir.