Fransa məktəbdə dini mənsubiyyət nümayiş etdirənləri sərt şəkildə cəzalandırmağa çağırıb

Fransanın ədliyyə naziri Erik Düpon-Moretti prokurorları məktəbdə dünyəvilik prinsipinin pozulması və dini mənsubiyyət nümayiş etdirənləri cəzalandırmağa çağırıb. Bu barədə Liberation məlumat yayıb.

Fransa prokurorlarına göndərdiyi direktivdə nazir 2004-cü ildə qəbul edilmiş “məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan” geyim və dini mənsubiyyət simvollarının geyinilməsini qadağan edən qanuna istinad edir.

Mətndə vurğulanır ki, qanun layihəsinin icrası kontekstində yol verilə bilən pozuntular məcburi cinayət məsuliyyəti tələb edir.

Mənbə: Haber Global

Oxşar xəbərlər