Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin “Şimal axını”nı pozmağa münasibəti şokedicidir.
Bunu RİA Novosti-yə müsahibəsində fransız siyasətçisi, Patriotlar partiyasının lideri Florian Filippot deyib.
O qeyd edib ki, NATO ölkələri bu təxribatın qurbanı olduqlarını belə bəyan etməyiblər.
“Bu, Fransa hökumətində ümumiyyətlə müzakirə olunmayıb. NATO ölkələri – məsələn, Almaniya, Fransa – bu təxribatların qurbanı olmalarına baxmayaraq heç nə etmirlər”, – Filippo bildirib.

