Fransa Nestle-yə qarşı istintaqa başlayıbbackend

Fransada “təbii mineral” etiketli içməli suyun qablaşdırılmasında pozuntular törətməkdə günahlandırılan İsveçrənin Nestle şirkətinə qarşı istintaq başladılıb.

Bu barədə “Le Monde” qəzeti yazır.

Nəşrin məlumatına görə, Nestle bir neçə ildir ki, suyun bakterial və ya kimyəvi çirklənməsi ilə mübarizə üçün qadağan olunmuş müalicə üsullarından – mikrofiltrasiyadan, UV filtrlərindən və aktivləşdirilmiş karbondan istifadə edir.

Nestle, “davam edən məhkəmə proseslərini şərh etmədiyini” vurğuladı, lakin “məhkəmə orqanı ilə konstruktiv əməkdaşlıq etmək niyyətində olduğunu” əmin etdi.