Fransa parlamenti Makronun istefası ilə bağlı təklifi rədd edibbackend

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatasının ali kollegial orqanı) Bürosu müxalifətdə olan solçu France Insoumise partiyasının prezident Emmanuel Makronun istefasını tələb edən vəsatətini rədd edib, Figaro qəzeti yazır.

“Bu səhər görüşən Milli Assambleyanın Büro üzvləri Emmanuel Makronun istefasını tələb edən vəsatəti qəbul etməmək qərarına gəliblər”, – qəzet yazır.

Sol, Yaşıllar və Sosialistlərin təklifin lehinə səs verdiyi vurğulanır. Makron tərəfdarları gözlənildiyi kimi prezidentin istefasına qarşı çıxıblar.