Fransa pensiya yaşını artırırbackend

Sentyabrın 1-dən Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul edilmiş bir sıra fərmanları qüvvəyə minir. TASS xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq.

Payızın əvvəlindən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş üç ay olacaq. Səlahiyyətlilərin planlaşdırdığı kimi, hər il bu hədd üç ay artacaq və 2030-cu ilə qədər bu rəqəm 64 yaşa çatdırılacaq.

Həmçinin, tam pensiya almaq üçün Fransa vətəndaşları daha uzun müddət işləməli olacaqlar, çünki 2027-ci ilə qədər əksər pensiya rejimləri üçün tələb olunan iş stajı 42 ildən 43 ilədək artacaq.

Mənbə: TASS