Fransa prezidenti bildirib ki, Avropa Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidirbackend

Fransa Prezidenti Emmanuel Makron sosial media hesabı X-da bildirib ki, avropalılar Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidirlər.

Makronun sözlərinə görə, o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbət edib.

“Biz ötən həftə Əbu-Dabidə başlayan danışıqların gedişatını nəzərdən keçirdik. Biz razılığa gəldik ki, avropalılar müzakirə etdikləri məsələlərdə tam iştirak etməlidirlər”, – Makron vurğulayıb.