Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransada ərzaq qiymətləri payızın əvvəlinə qədər yüksək qalacaq.
Bu barədə Parisien xəbər verir.
“Düzünü desəm, yayın sonuna qədər ərzaq qiymətləri yüksək olacaq” dedi Makron.
O əlavə edib ki, eyni zamanda, Fransada minimum əmək haqqı artmaqda davam edir və bunun ardınca digər əmək haqlarının da artırılması lazımdır ki, bu da hazırda Fransa hökumətində müzakirə olunan mövzudur.
Bundan əvvəl Fransa Milli Statistika İnstitutunun (Insee) məlumatına görə, məlum olmuşdu ki, Fransada 2023-cü ilin fevralında istehlak inflyasiyası yanvardakı 6%-ə nisbətdə 6,2%-ə qədər sürətləndi.
İctimai.az

