Fransa prezidentliyinə gələcək namizəd təhdid məktubu göndəribbackend

Fransa prezidentliyinə gələcək namizəd və keçmiş baş nazir Eduard Filip təhdid məktubu alıb.

Bu barədə “Ouest France” yazır.

Məktubun müəllifləri Filippin seçkiyə qatıldığı üçün həyatı ilə ödəyə biləcəyini bildirib və içinə güllə də əlavə edib.

Filip hazırda Havr şəhərinin meri vəzifəsini tutur. Siyasətçiyə təhdidlər barədə məlumatı şəhərin əyalət prokuroru Soizik Guillaume təsdiqləyib.

2023-cü ildə Filip artıq “Allahu Əkbər” deyilən hədə məktubu alıb. Məktubda zəhərli olmayan ağ toz tapılıb.