Fransa Qrenlandiyanın kimə məxsus olduğunu açıqlayıbbackend

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Franceinfo radiosuna müsahibəsində Qrenlandiya Avropa ərazisidir və belə qalacaq.

“Qrenlandiya satılmır. O, Qrenlandiyalılara məxsusdur və onun gələcəyi Qrenlandiya və Danimarka hakimiyyəti arasında razılaşma ilə müəyyən ediləcək. NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücum etməsi tamamilə mənasız olardı”, – o deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Avropa İttifaqı müdafiə məqsədləri üçün ABŞ-ın Qrenlandiyaya sahib olmasını tələb edir. O, həmçinin qeyd edib ki, Çin və Rusiya gəmiləri artıq Danimarka adasını mühasirəyə alıb.