Fransa Rusiyanın radio siqnallarını tutmaq üçün Baltik dənizinə casus gəmisi göndəribbackend

Fransanın “Dupuy de Lome” kəşfiyyat gəmisi Rusiyanın bölgədəki fəaliyyəti ilə bağlı ola biləcək radiosiqnalları tutmaq üçün Baltik dənizinə daxil olub.

Bu barədə Almaniyanın Kieler Nachrichten (KN) qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, gəmi mayın 16-da Baltikya çatıb və o vaxtdan oradadır. Fransa Dupuy de Lome-nin bölgəyə göndərilməsini rəsmən təsdiqləməyib. Qəzet hesab edir ki, missiya gizlidir.

Qeyd olunur ki, Almaniyanın Femarn adası yaxınlığında Fransa gəmisi Skagerrak boğazına doğru hərəkət edən Rusiyaya məxsus “Stoikiy” korvetini keçib.

Dupuy de Lome elektron kəşfiyyat avadanlığı ilə təchiz edilmişdir.