Fransa ruslar üçün giriş qaydalarını sərtləşdiribbackend

Fransa Rusiya vətəndaşlarının biometrik olmayan beş illik pasportlarının tanınmasını dayandırıb.

Bu barədə Avropa Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, cari ilin iyunun 1-dən əvvəl verilmiş etibarlı Fransa Şengen vizası olan qeyri-biometrik pasportlar vizanın müddəti bitənə qədər tanınacaq.

Eyni zamanda, 15 yaşdan kiçik ruslar hələ də Fransaya daxil ola bilərlər.