Fransa səfiri Rusiya vətəndaşları üçün vizaların alınması müddətinin artırılmasından danışıbbackend

Rusiya vətəndaşları üçün Şengen vizalarına baxılma müddəti əhəmiyyətli dərəcədə artıb. Bu barədə Fransanın Moskvadakı səfiri Pyer Levi “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib.

O qeyd edib ki, diplomatik nümayəndəliklər Avropa İttifaqının (Aİ) direktivlərinə uyğun olaraq ruslara viza verməkdə davam edir. Levinin dediyi kimi, bu fakt çox vacibdir.

“Düzdür, ümumavropa qaydalarına görə, vizalar bahalaşıb, baxılma müddəti artıb”, – səfir əlavə edib.

Mənbə: Gazeta.ru