Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı konfrans keçirəcəklərbackend

Fransa və Böyük Britaniya Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsini müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcəklər.

Fransa prezidenti Emmanuel Makron bu barədə X sosial media platformasında məlumat verib.

O yazıb: “Yaxın günlərdə biz Böyük Britaniya ilə birlikdə boğazda naviqasiya azadlığını bərpa etməyə yönəlmiş çoxmillətli sülh missiyasında bizə qoşulmaq istəyən ölkələrin iştirakı ilə konfrans təşkil edəcəyik”.

Makron bunu müharibə edən tərəfləri əhatə etməyəcək “ciddi müdafiə missiyası” kimi təsvir edib. O bildirib ki, bu missiya “vəziyyət imkan verən kimi” yerləşdiriləcək.