Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib ki, Ukraynada sülh danışıqları Avropanın iştirakı olmadan davam edə bilməz. Onun sözlərini Le Figaro nəşri sitat gətirib.
Barrot vurğulayıb ki, prezident Vladimir Zelenskinin Parisə səfəri “təsadüfi deyil” və Fransa “hər şeyin Ukraynada sülh və Avropa təhlükəsizliyinin maraqları naminə” edilməsini təmin etmək üçün əlindən gələni edir.
O xatırladıb ki, ABŞ prezidenti Donald Trampın ilkin 28 bəndlik planı Avropanın maraqları da daxil olmaqla, əhəmiyyətli dərəcədə dəyişdirilib.
“Bir tərəfdən biz avropalılara aid hər şeyin aradan qaldırılmasına nail olduq, digər tərəfdən isə Birləşmiş Ştatların ilk dəfə olaraq bizimlə sözdə təhlükəsizlik zəmanətlərinin, yəni sülh bağlandıqdan sonra növbəti təcavüzün qarşısını alacaq hərbi elementlərin hazırlanmasında bizimlə işləmək niyyətinə nail olduq”, – Barrot bildirib.














