Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşneri Fransa hakimiyyətini tənqid etdikdən sonra izahat üçün çağırıb. Nazirlikdən verilən kommünikeyə əsasən, diplomat respublikanı antisemitizmlə kifayət qədər effektiv mübarizə aparmamaqda ittiham edib.
Buna səbəb ABŞ səfirinin Fransa prezidentinə yazdığı məktubda ölkədə antisemitizm aktlarının artması ilə bağlı narahatlığını ifadə edib və hakimiyyətin onları yatırtmaq üçün kifayət qədər fəaliyyət göstərmədiyini qeyd edib.
“Fransa bu ittihamları qətiyyətlə rədd edir. Onlar beynəlxalq hüquq normalarına, xüsusən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında təsbit olunmuş dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir”, – kommünikedə deyilir.