Fransa Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirakı ilə bağlı açıqlama yayıbbackend

Fransa İranın zərbələrindən təsirlənən Yaxın Şərq ölkələrinin müdafiəsində iştirak etməyə hazırdır. TASS-ın məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bunu mətbuat konfransında açıqlayıb.

“Fransa İİKK-nın raket zərbələri və pilotsuz təyyarə hücumlarının hədəfinə çevrilən və müharibəyə cəlb edilən dost ölkələrə tam dəstəyini və həmrəyliyini bildirir”, – deyə o bildirib.

Barrotun sözlərinə görə, Fransa beynəlxalq müqavilələrə və kollektiv özünümüdafiə prinsiplərinə uyğun olaraq BƏƏ, Oman və Səudiyyə Ərəbistanına dəstək verəcək.

Mətbuat konfransı zamanı nazir həmçinin ABŞ və İsrailin beynəlxalq təşkilatlarda hərbi müdaxilə planlarını müzakirə etməməsindən narazılığını bildirib.