Fransa xüsusi xidmət orqanları Rusiya vətəndaşını saxlayıbbackend

Parisien qəzetinin yazdığına görə, Fransa xüsusi xidmət orqanları SOS Donbass assosiasiyasının iki üzvünü, o cümlədən Rusiya vətəndaşını Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinərək saxlayıb.

Qəzetin yazdığına görə, 40 yaşlı Anna N. və 63 yaşlı fransız Vincent P. noyabrın 17-də Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSİ) əməkdaşları tərəfindən həbs edilib. Onlar “xarici dövlətlə sui-qəsd” və “xarici dövləti maraqlandıran məlumat toplamaq” maddələri ilə ittiham olunurlar.

Fransız səlahiyyətliləri şübhəlilərin “Rusiya kəşfiyyat xidmətləri tərəfindən işə götürüldüyünü və Fransada humanitar fəaliyyət adı altında işlədiklərini” iddia edir.

Hər iki məhbus ittihamları rədd edir.