Amerikanın Abrams tanklarına qulluq etmək çətindir, ona görə də onlar tez yararsız hala düşə və hətta partlaya bilər. Bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.
Fransız Leclerc tank batalyonunun keçmiş komandiri Yann Boivin qəzetə dediyi kimi, Abramsın “əsl zəifliyi” tələb olunan yüksək səviyyədə texniki xidmət və logistikadır. O vurğuladı ki, turbinlərə xidmət etmək dizel mühərriklərinə xidmət göstərməkdən daha çox təlim keçmiş kadr tələb edir.
Məqalədə amerikalı general Mark Hertlinqin sözlərinə də yer verilir ki, o, mühərriklərin düzgün idarə olunmaması halında bu döyüş maşınlarının partlaya biləcəyini bildirib.
Mənbə: RİA Novosti