Dizaynı Avropa Komissiyası tərəfindən təsdiqlənmədiyi üçün Paris Sikkəxanası 27 milyon sikkəni məhv etməli olub.
Bu barədə Fransanın Lettre nəşri məlumat yayıb.
Jurnalistlərin yazdığı kimi, zərbxana rəhbəri iqtisadiyyat naziri Bruno Le Mairenin səfəri ərəfəsində işçilərini yeni dizaynla 10, 20 və 50 avro sentlik 27 milyon sikkə zərb etməyə tələsdirib. Nəticədə, Le Maire-in gəlişindən altı gün əvvəl Avropa Komissiyası dizaynı təsdiqləməkdən imtina etdi, çünki sikkələrdə Aİ-yə üzv ölkələrin simvolu olan ulduzlar zəif görünürdü.
Paris Sikkəxanası Fransa hakimiyyətini səhv etməkdə ittiham etməyə tələsdi. Sikkələrin tələsik zərb edilməsi səbəbindən xəzinənin 700 min avrodan 1,2 milyon avroya qədər itirəcəyi qeyd edilir.
Mənbə: Lenta.ru










