Fransada parlament seçkilərində solçular qalib gəlibbackend

Fransada keçirilən parlament seçkilərində solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gələrək Milli Assambleyada 182 deputat mandatı qazanıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

İkinci yerdə prezident Emmanuel Makronun “Birgə” liberal-mərkəzçi qüvvələrin koalisiyası qərarlaşıb. O, parlamentin aşağı palatasında 168 yer qazanacaq. Marin Le Penin sağçı Milli Rallisi üçüncü nəticə göstərib. Onu 143 deputat təmsil edəcək.

Bundan əvvəl Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa verəcəyini açıqlamışdı. O, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu vurğulayıb.

Mənbə: Haber.com