Fransada Sarkozinin qorxusundan həbsxanada ancaq qatıq yediyini iddia edirlərbackend

Le Point qəzeti mənbələrə istinadən xəbər verir ki, Parisin Sante həbsxanasında saxlanılan keçmiş Fransa prezidenti Nikola Sarkozi həbsxana yeməklərindən imtina edir və yalnız qatıqla dolanır.

Məqalədə deyilir: “Bir çox kamera yoldaşlarının düşmənçiliyi ilə üzləşdiyini dərk edərək, kamerasına gətirilən hər hansı yeməyə toxunmaqdan imtina edir”.

Qəzetin yazdığına görə, keçmiş Fransa lideri ehtiyat edir ki, kimsə onun yeməyinə tüpürüb və ya daha pis ola bilər. Mənbələr bildirib ki, oktyabrın 21-də həbs olunduğu gündən Sarkozi ancaq qatıqla dolanır. Bundan əlavə, keçmiş prezident yemək almaqdan və ya özü hazırlamaqdan imtina edir, çünki yemək bişirmək bacarığı yoxdur.

Bir mənbə jurnalistlərə deyib ki, Sarkozi yumurta qaynatmağı belə bilmir və prinsipcə bunu etməyəcək.