Fransada Stalinqradla bağlı qalmaqal baş veribbackend

Fransanın Drap şəhərindəki “Stalinqrad bulvarı”nın adının dəyişdirilməsi yerli sakinlər və solçu siyasətçilərin ciddi narazılığına səbəb olub. Bu barədə yerli “Nitsa-Matin” qəzeti yazır.

“Stalinqradın istifadəsi təkcə kommunizmə bağlılığın nümayişi deyil. Bu həm də nasistlər üzərində ilk böyük qələbədir”, – Kommunist Partiyasının yerli şöbəsinin keçmiş katibi Filip Pelleqrini deyib.

Nəşrin məlumatına görə, şəhər bələdiyyə şurasının iyulun 4-də keçirilən iclasında seçilmiş məmurlar şəhərdə 40-dan bir qədər çox küçənin adının dəyişdirilməsini nəzərdə tutan layihənin lehinə səs veriblər.

Stalinqrad bulvarı Rive du Paillon bulvarına çevriləcək. Qəzetin yazdığı kimi, “opponentlər bu qərarından təəssüflənirlər”.