Fransanın keçmiş baş naziri Makronu istefaya çağırıbbackend

Financial Times-ın məlumatına görə, Emmanuel Makronun müttəfiqi və Fransanın keçmiş baş naziri Eduard Filipp dövlət başçısını siyasi böhrana son qoymaq üçün istefa verməyə çağırıb.

“Fransa ölkəyə zərər vuran siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxmalıdır. Bu vəziyyətin daha 18 ayı çox uzundur”, – Filip bildirib.

O, yeni parlament seçkilərinin hakim çoxluğu təmin edə bilməyəcəyi ilə bağlı “dəhşətli risk” barədə xəbərdarlıq edib ki, bu da böhranı daha da pisləşdirəcək.