Fransada Luvr Muzeyi işçilərin tətili səbəbindən bazar ertəsi, dekabrın 15-də bağlanıb.
Bu barədə muzeyin saytında məlumat verilib.
“Tətillə əlaqədar hazırda muzey bağlanıb. Yaranmış narahatlığa görə üzr istəyirik”, – bəyanatda deyilir.
“Le Monde” həmkarlar ittifaqlarına istinadən xəbər verir ki, muzeydə keçirilən yığıncaqda yüzlərlə işçi yekdilliklə bir günlük tətilə səs verib, bəzi işçilər hətta müddətsiz tətilə çağırıblar.
Ötən gün tətil qərarının iş şəraitinin pisləşməsi ilə bağlı verildiyi bildirilib.














