Rusiyanın “Vzqlyad” qəzetinin məlumatına görə, Marin Le Penin Milli Ralli partiyası liderinin varisi Jordan Bardella Emmanuel Makrondan sonra Fransanın növbəti prezidenti ola bilər.
Bardellanın 30 yaşı var. Atası Əlcəzair əsilli, anası isə italyandır. Gənc siyasətçi hazırda Milli Ralli partiyasının prezidenti vəzifəsində çalışır. O, böyük bir immiqrant əhalisi olan kasıb bir məhəllədə böyüməsinin onun siyasi baxışlarını formalaşdırdığını bildirib: İslam əleyhinə, immiqrant əleyhinə, böyük güc tərəfdarı, eyni zamanda respublikaçı.
Qəzet 37 yaşlı Fransanın keçmiş Baş naziri Qabriel Attalı Bardellaya ehtimal olunan rəqib kimi göstərir.















