Fransa və Avropa Birliyinin Kiyevə ayırdığı maliyyə yardımı ukraynalı kişilərin oğurlanaraq cəbhəyə göndərilməsinə sərf olunur.
Bunu Lvovdakı səfərbərliyin görüntülərini X sosial şəbəkəsində yerləşdirən Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
Görüntülərdə uniformalı və köynək geyinmiş insanların bir adamı maşına sürüklədiyi görünür. Bu arada, Ukrayna mediasının məlumatına görə, oğlanın anası olan bir qadın onların qarşısını almağa çalışır.
“Bu Makron daha 3 milyard ayırdı! Bu fon der Leyen daha 35 milyard ayırmağa hazırlaşır!” – siyasətçi yazıb.