Fransız general NATO-nun yeni baş katibi Rutteni Stoltenberqin klonu adlandırıbbackend

Oktyabrda NATO-nun baş katibi postunda Yens Stoltenberqi əvəz edəcək Hollandiyanın keçmiş baş naziri Mark Rutte sələfinin “klonudur”. Avropa ondan yaxşı heç nə gözləməməlidir; Bu fikri RİA Novosti-yə müsahibəsində xarici və müdafiə siyasəti sahəsində fransız eksperti, istefada olan general Dominik Delavard deyib.

İyulun 9-11-də Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilir. Bu görüş Stoltenberq üçün sonuncu olacaq.

Delavardın sözlərinə görə, Ruttenin təyinatı digər NATO baş katibləri kimi ABŞ tərəfindən qoyulub. O, həm ABŞ-da, həm də Avropa İttifaqında qurulmuş neokonservativ ideologiyaya uyğun hesab edildiyi üçün seçilib.

Mənbə: RİA Novosti