ABŞ administrasiyası jurnalist Taker Karlsonu TikTok sosial şəbəkəsinin potensial investorları siyahısına daxil edib.
Bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu təşəbbüs Ağ Evin hakimiyyətin təzyiqi fonunda platformaya yeni sahiblər tapmaq səylərinin bir hissəsi olub. Karlsonun lobbiçilərindən biri prezident Donald Trampın müqaviləyə nəzarət etmək üçün təyin etdiyi senator J.D.Vans idi.
Karlsonun özü belə bir təşəbbüsdən xəbərsiz olduğunu bildirib.
“Mən bu barədə heç nə bilmirəm… Bildiyimə görə, TikTok müqaviləsinin ticarət müharibəsi, tariflər səbəbiylə dayandırıldığını oxudum”, o, FT-yə şərhində bildirib.