FT: Türkiyə hakimiyyəti seçkilər öncəsi VPN xidmətlərini bloklayırbackend

Türkiyə hakimiyyəti seçkilərdən əvvəl bir sıra məşhur VPN xidmətlərinə girişi bloklaya bilər. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti əlində olan sənədlərə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yerli internet provayderlərindən 16 VPN xidmətinə çıxışı dayandırmağı tələb edib. Ehtimal olunur ki, bu tələbin səbəbi martda ölkədə keçiriləcək yerli seçkilər olub.

Məlumatlara görə, tənzimləyici provayderlərdən VPN xidmətlərinin bloklanmasının necə getdiyi barədə ona məlumat vermələri tələbini irəli sürüb. Qəzet bildirir ki, Türkiyədə VPN-ə giriş indi xeyli çətinləşib.

Mənbə: TASS