2024-cü ilin fevralına qədər Avropa ölkələri koronavirus dərmanlarının son istifadə tarixinə görə 2,2 milyard dollar itirə bilər.Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti “Airfinity” analitik qrupunun məlumatlarına istinadən yazır.
Airfinity-nin məlumatına görə, Amerikanın Pfizer şirkətinin istifadə müddəti bitmiş Paxlovid peyvəndləri səbəbindən Böyük Britaniya, Fransa, İspaniya və İtaliya artıq təxminən 1,1 milyard dollar itiriblər.Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon kurs təşkil edəcək. Peyvəndlərin bu həddən artıq tədarükü böyük dövlət sifarişləri və eyni zamanda, bu dərmanın əhaliyə çıxışına ciddi nəzarətlə bağlıdır.
Öz növbəsində, Pfizer vaxtı keçmiş koronavirus vaksinlərinin kütləvi şəkildə ləğvini pandemiyanın qaçılmaz nəticəsi adlandırıb.
Mənbə: A Haber